Misir piramidalarında sirli skeletlər tapıldı
Video
31.03.2025 10:09
Arxeoloqlar Misir piramidalarında insan qalıqları aşkar ediblər.
TodayPress xəbər verir ki, bu barədə məlumat “Journal of Anthropological Archeology” jurnalında dərc edilən yeni araşdırmada əksini tapıb.
Əvvəllər piramidaların yalnız zadəganlar və yüksək vəzifəli məmurlar üçün qəbirlər olduğuna inanılırdı.
Lakin Tumbos (müasir Sudan) nekropolunda tapılan skeletlərin təhlili göstərib ki, dəfn edilənlər arasında sümüklərində yorucu iş izləri olan insanlar da var.
Tədqiqatçıların fikrincə, bu insanlar qulluqçu və ya əvvəllər məlum olmayan başqa bir xüsusi statusa malik ola bilərlər.
Alimlər sümüklərin fiziki fəaliyyət əlamətlərini araşdıraraq, zadəganlar və işçilər arasında aydın fərq tapıblar.
Aysel Mətləb