Millət vəkili: “Döyüşlərdə aldığı zədələr Valuyevə ciddi təsir göstərib”
Video
12.02.2025 18:17
“Rusiya Azərbaycanı itirməyi gözə alıbsa, bunun ağır fəsadlarını özü yaşayacaq”.
Millət vəkili Ceyhun Məmmədov bunu TodayPress-ə açıqlamasında bildirib.
“Biz onlara tövsiyyə edirik ki, belə bir cəhd etməsinlər. Əgər belə bir addım atacaqlarsa, bunun əziyyətini ən çox elə özləri çəkəcəklər. Onlar unutmasınlar ki, Azərbaycanda 130 min rus yaşayır. Bu gün Rusiyanın Azərbaycanla ticarət dövriyyəsində böyük pay məhz Rusiyaya düşür. Azərbaycanda çoxlu sayda rus şirkətləri fəaliyyət göstərir. Onların məhsulları bizim ölkəmizə ixrac olunur. Çox sayda Rusiya məhsulları Azərbaycana gəlir, buradakı bazarlarda satılır. Uzun illərdir Rusiyada yaşayan Azərbaycanlılar bu ölkənin inkişafına töhfə verirlər. Rusiyada onlarla böyük iş adamı fəaliyyət göstərir. Rusiyada bir çox Azərbaycanlı iş adamları var ki, onlar biznes qurublar və buradan vəsait qazanılır. Ona görə onlar yaxşı olar ki, bu avantüradan, bu yanlış yoldan əl çəksinlər, təxribatlar törətməsinlər”.
Parlamentari vurğulayıb ki, hazırda Rusiya Azərbaycandan daha çox asılıdır:
“Rusiya rəsmilərinə də tövsiyə edirik ki, Valuyev kimi sərsəmlərdən bizə qarşı istifadə etməsinlər. Nikolay Valuyev boksçudur. Görünür, döyüşlərdə çox zədə alıb və bu zədə özünü bu məsələdə də göstərib. Azərbaycana qarşı dil uzatmağa cəhd edir. Hərəkətlərinə, sözlərinə fikir versinlər. Bizə dil uzatmasınlar. Atdıqları hər bir addımın cəzasını, qarşılığını qətiyyətlə alacaqlar”.
Nicat Osman
tag: Deputat,Ceyhun Məmmədov,Rusiya,Azərbaycan,Moskva ,Bakı,Siyasət,Todaypress.az