Meymunlar alimləri şoka saldı: "Ana" sözünü deyə bilirlər

Video

05.08.2024 12:41

Bir qurup psixoloq və nitq alimi şimpanzelərin insanlar kimi sözləri tələffüz etməyi bacardıqlarını aşkar ediblər.

TodayPress xəbər verir ki, bu barədə “Scientific Reports” jurnalı məlumat yayıb. 

Tədqiqatçılar bunun elmə zidd olduğunu iddia ediblər. Onların qənaətincə danışma qabiliyyəti boğazın fiziologiyası və ya beynin quruluşu ilə əlaqədardır. 

Lakin ortaya çıxan görüntülər alimləri düşünməyə vadar edib. Belə ki, arxiv videolarda şimpanzelərə baxan bir cütlük balalara "mama", "dada" və "fincan" kimi sözləri deməyi öyrətməyə çalışıblar. Bu, ilk vaxtlar fayda verməsə də, sonralar həmin balalardan bəzilərinin bu sözləri təkrarladığı ortaya çıxıb.   

Tədqiqatçılar qeyd edirlər ki, şimpanzelərin nitqi insan nitqindən fərqlidir, lakin onların çıxardığı səsləri sözlərə oxşar hesab etmək olar. Bu kəşf primatların müəyyən şərtlər altında söz demək potensialına malik olduğunu göstərir.

Töhfə Səməd

tag: Meymunlar, Alimlər, Danışmaq, Ana Sözü, todaypress.az