Metroda qapıları tutub saxlayanlara PİS XƏBƏR: Cərimələr artırılır? - RƏSMİ
Video
06.12.2024 11:06
“Bakı metrosunda qapıların saxlanılmasının, minib-düşmə prosesinin ləgiməsinin günahını hər zaman sərnişinlərdə axtarmamalıyıq. Sərnişin də mənzil başına çatmaq üçün qatara minmək istəyir. Problem təbii yaranan məsələdir”. "Bakı Metropoliten" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bunu metroda qatarların qapısının tutulub saxlanılmasına görə vətəndaşların məsuliyyətə cəlb olunması ilə bağlı TodayPress-ə danışarkən bildirib. Onun sözlərinə görə, mövcud problem səbəbindən konkret olaraq sərnişinlərin cəzalandırılması birmənalı qarşılanmır: “Doğrudur, sərnişinlərin metro vaqonlarının qapılarını tutub saxlaması intervalda yubanmaya ciddi təsir göstərir. Məsələn, metronun “Koroğlu” stansiyasında qatar minib-düşmə üçün 30 saniyə dayanmalıdırsa, qatarın orada bir dəqiqə yarım dayanması artıq müəyyən problemlər yaradır. Bunun nəticəsində arxadan gələn qatarlar "Qara Qarayev” stansiyasının tunelində və ya stansiyanın özündə bir-birinin ardınca onu gözləməli olurlar. Beləcə interval artmağa başlayır”. Bəxtiyar Məmmədovun fikrincə, mövcud problemin yeganə səbəbkarı sərnişinlər deyil. O, qeyd edib ki, gələcəkdə yeni metro xəttlərinin, stansiyaların tikilib istifadəyə verilməsi ilə bu məsələ öz həllini tapacaq. Qeyd edək ki, bu gün də Bakı metrosunda analoji problem yaranıb və bu səbəbdən intervallar arasında yubanmaların vaxtı bir dəqiqədən üç dəqiqəyə qədər artıb. Bəzi yerlərdə hətta dörd dəqiqəyə çatıb. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin140-1.4. maddəsinə əsasən, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə görə 50 manat miqdarında cərimə nəzərdə tutulur.