Messi Paris Olimpiadasından imtina etdi
Video
13.06.2024 16:58
Lionel Messi Paris-2024 Yay Olimpiya Oyunlarında Argentina millisinin heyətində olmayacaq.
TodayPress xəbər verir ki, 36 yaşlı ulduz futbolçu ardıcıl 2 turnirdə iştirak etməkdə çətinlik çəkir.
“Millinin baş məşqçisi Xavyer Maskerano ilə danışdım. Amerika Kubokunda mübarizə aparırıq və Olimpiada haqda düşünmək çətindir. Hər 2 yarışda iştirak etsəm, klubumdan 2-3 ay ayrı düşəcəm. Ardıcıl 2 turnirdə oynamaq yaşında da deyiləm. Bu səbəbdən də seçimimi etmişəm. Olimpiadada oynamaq və qalib olmaq mənə nəsib olub. Bu, futbol səviyyəsində gözəl təcrübə idi” Messi deyib.
Qeyd edək ki, 33-cü Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-ə kimi keçiriləcək.
Namiq HUN
tag: Messi, Paris, Olimpiada, Argentina, Amerika, todaypress.az