Meloni və Zelenski Ukraynanın "Qələbə Planı"nı müzakirə etdilər

Video

11.10.2024 16:51

Avropa turu çərçivəsində əvvəlcə Londonda, daha sonra Parisdə olan Ukrayna prezidenti Volodimir Zelenski İtaliyaya səfər edib. 

TodayPress xəbər verir ki, burada o, İtaliyanın baş naziri Giorgia Meloni və bir sıra dövlət rəsmiləri tərəfindən rəsmi mərasimlə qarşılanıb. 

Meloni Rusiya-Ukrayna müharibəsində Kiyevə verdikləri dəstəyin perspektivi olduğunu və Ukraynanın ehtiyacı olduğu müddətcə bu dəstəyi verməyə hazır olduqlarını bildirib. 

Ukraynanın müdafiə sənayesinin dəstəklənməsi lazım olduğunu vurğulayan Meloni bu dəstəyin məqsədinin Ukraynanı sülh masası quracaq vəziyyətə gətirmək olduğunu söyləyib. 

“Bu, bir çox insanın qorxaqcasına irəli sürdüyü kimi təslim olmaq mənasını verməyəcək bir sülh masasıdır.Bura hərbi dəstək və enerji də daxil olacaq. Prezident buraya hamımızın ehtiyac duyduğu ədalətli sülhə aparan yolun qurulması üçün öz ideyalarını təqdim etmək üçün gəlib” deyə o, əlavə edib. 

Meloni 10-11 iyul 2025-ci il tarixlərində Romada Ukraynanın yenidən qurulması ilə bağlı konfransa ev sahibliyi edəcəklərini də açıqlayıb.  “Ukraynada bu müharibəyə ədalətli son qoymaq üçün hazırladığımız “Qələbə Planı”mızın təfərrüatlarını ən yaxın dostlarımız olan Avropalılara təqdim edirik.

Giorgianın plana, onun təfərrüatlarına və bütün strategiyaya marağına görə mən İtaliya hökumətinə minnətdaram" deyə Zelenski bildirib.

tag: Rusiya,Ukrayna,Sülh ,Zelenski,Todaypress.az