Məcəllə təsdiq olundu: Kimlər pulsuz ev alacaqlar?
Video
15.03.2025 16:15
"Sosial kirayə müqavilələri əsasında qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək".
TodayPress xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən “Mənzil Məcəlləsi”nə olunan dəyişikliklərə diqqət çəkib:
"Yeni dəyişikliklərə, yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınması, onların sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri ilə təmin edilməsi daxildir. Belə ki, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlarımıza sosial mənzil fondundan istifadə etmə şəraiti yaradılır. Bu, pulsuz mənzillərə əlçatanlığı daha da artıracaq".
Deputat qeyd edib ki, yeni qaydalara əsasən sosial mənzil məcəlləsinin 48-ci maddəsində dəyişikliklər təsdiq edilib.
"Bu, sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri ilə bağlı maddədir. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər" deyə o əlavə edib.
Türkan İsgəndərli