MDB-dən olan miqrantlar ABŞ-dən deportasiya edilir

Video

11.06.2024 15:41

ABŞ-nin Kaliforniya ştatının polisi Rusiya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Moldovadan olan miqrantların deportasiyasına başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Qeyd olunub ki, 100-dən çox digər ölkədən olan qanunsuz miqrant saxlanıldıqdan sonra növbəti məhkəmə prosesinədək sərbəst buraxılacaq.

Bir qədər əvvəl Ağ Evin Mətbuat Xidməti Prezident Cozef Baydenin sərhədi qeyri-qanuni keçən şəxslərə sığınacaq verilməsini qadağan edən qanunu imzaladığını açıqlayıb.

tag: MDB, Miqrant, ABŞ, Rusiya, Özbəkistan, Tacikistan, Qırğızıstan, todaypress.az