Mbappenin gözü yolda qaldı: Luis Enrike “Party”ə gəlmədi
Video
13.07.2024 12:55
Paris Sen-Jermen klubunun baş məşqçisi Luis Enrike fransalı hücumçu Kilian Mbappenin təşkil etdiyi vida naharına qatılmayıb.
TodayPress xəbər verir ki, 54 yaşlı mütəxəssis Paris təmsilçisinin dəvətə məhəl qoymayan yeganə nümayəndəsi olub.
Qeyd edək ki, mövsüm ərzində Mbappe ilə Enrike arasında münaqişə yaşanıb. Ertəsi gün PSJ-nin baş məşqçisi adı açıqlanmayan start heyət oyunçusu da daxil olmaqla iki futbolçunu məşqdən kənarlaşdırıb. Hər iki futbolçu axşam naharının təsiri altında olub.
Kilian Mbappe 2017-ci ildə 180 milyon avroya "Monako"dan PSJ-yə keçib. O, Paris klubundakı yeddi il ərzində 307 oyunda 256 qol vurub və 108 məhsuldar ötürmə edib.
Mbappe PSJ ilə 6 dəfə Fransa çempionu olub, 3 dəfə Fransa Kubokunu və Superkubokunu, 2 dəfə isə Fransa Liqa Kubokunu qazanıb.
Namiq HUN