Mark Foqel azadlığa qovuşdu: "Putin Trampla dialoq körpüləri qurmaq istəyir” – ŞƏRH

Video

14.02.2025 18:21

“Rusiya Prezidenti Vladimir Putin 3 ildir həbsdə saxladığı ABŞ səfirliyinin əməkdaşı Mark Foqeli azad etməklə amerikalı həmkarı Donald Trampla dialoq körpüləri qurmaq istəyir”.  TodayPress xəbər verir ki, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu öz “Facebook” sosial şəbəkə hesabında yazıb.     

O bildirib ki, Putin vaxtilə Cozef Baydenin “vətəndaşımızı azad edin” xahişlərini qulaqardına vursa da, Trampa qarşı eyni addımı ata bilməyib: 

“Təsadüfi deyil ki, Ağ Evin hazırki sahibi Putinin ABŞ vətəndaşını azad etmək qərarını yüksək qiymətləndirib.Yayılan xəbərlərə görə, Putin Rusiya həbsxanasında olan daha bir ABŞ vətəndaşını azad etməyə hazırlaşır. Putinin ABŞ vətəndaşlarını azad etməsi Trampın ölkə içində və xaricində mövqelərini gücləndirəcək. İndi Trampın hədələrinin işlədiyi görüntüsü yaranıb”.   

Ekspert hesab edir  ki, bu addım Trampda Putini Ukraynada atəşkəsə razı salmaq inamını daha da gücləndirəcək. 

Xatırladaq ki, Rusiya ABŞ səfirliyinin üç ildən artıq həbsdə olan keçmiş əməkdaşı Mark Foqeli azad edib. Amerika mediasında Foqelin azad oldunduqdan sonra təyyarədən çəkilən fotosu da yayılıb. ABŞ lideri Tramp isə Foqelin azad edilməsinin ölkələr arasında münasibətlərə və Ukraynadakı münaqişənin həllinə müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.   

Qiymət Mahir

tag: ABŞ,Elxan Şahinoğlu,Ukrayna,Tramp,Putin,Atəşkəs,Mark Foqel,Todaypress.az