Lyuis Hemilton Britaniyanın ən zəngin adamları siyahısına daxil edildi
Video
15.06.2024 13:05
“Sunday Times” qəzetinin tərtib etdiyi Böyük Britaniyanın ən zəngin adamları siyahısına Formula 1 üzrə yeddiqat Dünya çempionu, “Mercedes” komandasının pilotu Lyuis Hemiltonun da adı daxil edilib. O, bu reytinqdə 350-cidir. Lyuis Hemiltonun sərvəti 350 milyon funt sterlinq (440 milyon dollar) qiymətləndirilir.
TodayPress xəbər verir ki, Hemilton nüfuzlu reytinqin top 350-liyində yer alan yeganə aktiv idmançıdır. Lakin o, Formula 1 ilə əlaqəli yeganə insan deyil. Hemiltondan qat-qat zəngin Formula 1-in keçmiş rəhbəri Berni Ekklstoundur. O və ailəsi reytinqdə 92-ci yerdə qərarlaşıb. Onların sərvəti təxminən 2,5 milyard dollar qiymətləndirilir.
Lyuis Hemilton həm də Böyük Britaniyanın 40 yaşdan kiçik 40 ən zəngin adamı siyahısında 9-cu yerdədir.
Hemiltonun sərvəti, o, 2025-ci ildə “Ferrari” komandasına keçdikdə yüksələ bilər.
Namiq HUN
tag: Lyuis Hemilton, Britaniya, Sunday Times, Mercedes, todaypress.az