Lukaşenko Paşinyanın siyasətini yıxıb-sürüdü
Video
21.08.2024 10:24
Paşinyanın yürütdüyü səriştəsiz xarici siyasət Ermənistana problem yaratmağa davam edir.
TodayPress-in xəbərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun fikrincə, indiki vəziyyətdə Ermənistan region ölkələri ilə münasibətləri inkişaf etdirməlidir.
“Ermənistan bizdən başqa kimə lazımdır?! Heç kimə. Elə isə iqtisadiyyatını inkişaf etdirib öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron? Sabah o, da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq” deyə Lukaşenko bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin I MDB Ölkələri Departamentinin direktoru Mikael Aqasandyan da Ermənistanın xarici siyasətindən söz açıb. Onun sözlərinə görə, KTMT ilə tərəfdaşlıqdan yayınmaq Ermənistanın milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə zəiflədir:
“Hazırda Ermənistanda KTMT ilə əməkdaşlıqdan yayınma meylləri hökm sürür. Onların bu cür mövqeyi erməni xalqının maraqlarına ziddir. Bu yanaşma ölkənin milli təhlükəsizliyini zəiflədir”.
Diplomat sonda əlavə edib ki, Ermənistanda sabitliyin KTMT və Rusiyadan başqa alternativ təminatçısı mövcud deyil.
Günəş Mərd
tag: Paşinyan, Lukaşenko, Siyasət, Ermənistan, Belarus, todaypress.az