Lloyd Ostinin adını unudan Bayden, onu "qara adam" adlandırdı

Video

19.07.2024 14:10

ABŞ prezidenti Cozef Bayden Pentaqonun rəhbəri Lloyd Ostinin adını unudub və onu "qara adam" adlandırıb. 

TodayPress, "Strana.ru" ya istinadən xəbər verir ki, hadisə siyasətçi ilə müsahibə zamanı baş verib.

Bayden insanlara ləyaqətlə yanaşmaq lazım olduğunu  vurğulayıb və bundan sonra o, müdafiə naziri vəzifəsinə qaradərili adam təyin etdiyini, ancaq adını xatırlaya bilmədiyini deyib.

Qeyd edək ki, Baydenin Ostinin adını unutması ilk hal deyil. Analoji vəziyyət 2021-ci ilin martında da baş vermişdi. 

Günəş Mərd

tag: Bayden, İnsanlar, Ləyaqət, Osti, todaypress.az