“Liverpul”un məğlubiyyətsizlik seriyası qırıldı
Video
09.01.2025 14:41
Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
TodayPress xəbər verir ki, Londonda “Tottenhem” “Liverpul”la qarşılaşıb.
Lukas Berqvalın 86-cı dəqiqədə vurduğu qol “Tottenhem”ə 1:0 hesablı qələbə qazandırıb.
Nəticədə “Liverpul”un 24 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.
Qeyd edək ki, mərhələnin digər cütündə “Nyukasl” səfərdə “Arsenal”a 2:0 hesabı ilə qalib gəlib.
Yarımfinal mərhələsinin cavab matçları fevralın 6-da və 7-də keçiriləcək.
Namiq HUN