Livanın cənubu və şərqi bombalandı - “Hizbullah”ın 150 obyekti məhv edildi

Video

17.10.2024 17:27

İsrail ordusu Livanın şərqindəki Bekaa vadisinə zərbələr endirib.

TodayPress xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

Qeyd edək ki, hücum İsrail ordusunun Livanın şərqindəki Bekaa vadisində sakinlərin təxliyə edilməsi ilə bağlı xəbərdarlıq etməsindən sonra baş verib.

İsrail ordusu Livanın Cənubundakı Bint Cbeil bölgəsində isə “Hizbullah” batalyonunun komandiri Hüseyn Məhəmməd Avadanı zərərsizləşdirib.

İsrail Müdafiə Qüvvələri Bint Cbeil bölgəsindəki bir sıra kəndlərdən İsrailə atılan raketlərə görə Hüseyn Məhəmməd Avadanın məsuliyyət daşıdığını bildirib.

Vurğulanıb ki, hava hücumları nəticəsində ötən gün ərzində 45 terrorçu zərərsizləşdirilib və “Hizbullah”ın 150 obyekti, o cümlədən silah anbarları, raket qurğuları və hərbi məqsədlər üçün istifadə edilən binaları məhv edilib.

tag: Hizbullah,Livan, İsrail, Ordu, todaypress.az