Limonun üzərinə qaynar su tökün - Faydalı MƏSLƏHƏT
Video
03.12.2024 10:24
Limondan içki hazırlamazdan və ya yeməyə tökməzdən əvvəl onun üzərinə qaynar su tökülməlidir.
TodayPress xəbər verir ki, ekspertlərin sözlərinə görə, qaynar su limonun tərkibindəki efir yağlarını aktivləşdirir. Bu səbəbdən qaynar suda olan limon yeməyi və ya içkini daha dadlı və ətirli edir.
Bundan əlavə, bu yol ilə limonda olan acılıq da aradan qalxır.
Qeyd edək ki, bu təkcə limona deyil, bir çox sitrus meyvələri üçün edilə bilər.