Kurskda 10-a yaxın yaşayış məntəqəsi azad edildi

Video

11.09.2024 16:02

Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini azad edib.

TodayPress xəbər verir ki, bu barədə "Axmat" xüsusi təyinatlılarının komandiri Aptı Alaudinov “TASS”a bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölmələri Rusiya regionunda çox ağır itkilər verir və bu ərazini saxlamağın onlar üçün çətin olduğunu anlamağa başlayıblar.

Qeyd edək ki, sentyabrın 10-da Rusiya qoşunları Kursk vilayətində genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb. Bildirilib ki, Rusiya hərbçiləri artıq Ukrayna Silahlı Qüvvələrini Qordeevka kəndindən çıxarıb. Ümumilikdə 24 saat ərzində 10 km-dən çox ərazinin azad edildiyi qeyd olunub.

tag: Ukrayna, Rusiya, Kursk, Hücum, todaypress.az