Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin itkiləri 44 min nəfəri ötdü

Video

28.12.2024 17:14

Kursk istiqamətində bütün döyüş əməliyyatları zamanı Ukrayna Silahlı Qüvvələri 44 mindən çox insan itirdi. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 259 tank, 199 piyada döyüş maşını, 141 zirehli transportyor, 1345 zirehli döyüş maşını, 1211 texnika, 332 artilleriya qurğusu, 42 "MLRS" yayıcısı itirib. 

Günlük insan itkisi 600-dən çoxdur.

 Töhfə Səməd

tag: Kursk, Ukrayna, istiqamət, İtki, todaypress.az