Krımı qaytarmaq üçün 10 minlərlə insanı itirə bilmərik - Zelenski danışıqlara hazırlaşır?
Video
21.11.2024 15:05
“Krım diplomatik kanallar vasitəsilə əhəmiyyətli insan itkisi olmadan geri qaytarıla bilər”.
TodayPress xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Fox News” telekanalına müsahibəsində deyib.
Jurnalistin Zelenski hər hansı atəşkəs və ya sülh sazişinə əsasən Ukrayna ərazisinin bir hissəsinin Rusiyanın əlində qala biləcəyi ilə razılaşırmı sualına o, belə cavab verib:
"Biz Ukraynanın heç bir işğal olunmuş ərazisini hüquqi cəhətdən Rusiya kimi tanıya bilmərik. Söhbət Rusiyanın 2014-cü ildən bəri işğal etdiyi ərazilərdən gedir. Hüquqi baxımdan biz bunu qəbul etmirik. Mən artıq demişəm ki, Krımı diplomatik yolla qaytarmağa hazırıq. On minlərlə insanımızı Krımın qaytarılması üçün ölümə göndərə bilmərik".
Günəş Mərd
tag: Rusiya, Krım,Zelenski, Ukrayna, İnsanlar, todaypress.az