Krım Rusiyada qalacaq, Zaporojye və Xerson Kiyevə qaytarılacaq..

Video

22.07.2024 16:25

“ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp seçkilərdə qalib gələrsə, səlahiyyətləri mayın 20-dən sonra rəsmən başa çatan Ukrayna prezidenti Volodimir Zelenski istefaya, Ali Radanın yeni rəhbəri isə münaqişənin həlli ilə bağlı saziş imzalamağa məcbur olacaq”.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu sözləri Ukrayna parlamentinin deputatı Yevgeni Şevçenko deyib.

“Düşünürəm ki, Tramp prezident Zelenskini istefaya getməyə və parlamentin yeni rəhbərini Rusiya ilə qarşılıqlı güzəştlərlə sülh sazişi imzalamağa məcbur edəcək” deyə o, bildirib. 

Şevçenko hesab edir ki, münaqişənin həlli çərçivəsində Krım Moskvanın tərkibində qalacaq, Zaporojye və Xerson vilayətləri Kiyevə qaytarılacaq, eləcə də konfederasiya hüququ ilə Ukraynanın bir hissəsi Donbas olacaq.

Onun sözlərinə görə, Ukraynada seçkilərdən sonra ölkənin yeni konstitusiyası məsələsi ilə bağlı referendum keçiriləcək. Bundan əlavə, Rusiya Federasiyası və Avropa İttifaqı dağıdılmış infrastrukturun, sənayenin, şəhərlərin və kəndlərin bərpası üçün vəsait ayıracaq və Moskva Vaşinqtonla strateji hücum silahlarına dair yeni müqavilə bağlayacaq. 

Xatırladaq ki, 2025-ci il mayın 20-də Zelenskinin 5 illik prezidentlik müddəti başa çatır. Ölkə ərazisində müharibə olduğu üçün seçkilər təxirə salınıb. 

Töhfə Səməd

tag: Krım, Tramp, Rusiya, Avropa, Zelenski, todaypress.az