Kosmosda yaşamaq saç tökülməsinə səbəb olur
Video
28.03.2025 12:04
İnsan çəkisizlik şəraitində uzun müddət qaldıqda saç uzanmasını ləngidən genlərin aktivliyi artır.
TodayPress xəbər verir ki, bu barədə Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin araşdırmasında deyilir.
Bildirilir ki, mikroqravitasiya (çəkisizlik) həmçinin saç şaftının hüceyrələrində oksidləşdirici stressi artıraraq saçın ağarmasına səbəb ola bilər. Alimlər vurğulayıb ki, kosmosa tamamilə köçmək insanlarda belə halların artmasına gətirib çıxaracaq.
Onların fikrincə, məhz bu proseslər astronavtlar Buç Uilmor və Sunita Uilyamsın xarici görünüşünün nəzərəçarpacaq dərəcədə dəyişməsinə səbəb ola bilər.
Qeyd edək ki, onlar iyunun 5-də səkkiz günlük orbitə çıxıblar. Lakin texniki problem səbəbindən 286 gün sonra Yerə qayıda biliblər.
Türkan İsgəndərli