Koreyanın 10 minlik ordusu Kurskdadır
Video
06.11.2024 12:33
ABŞ Kursk bölgəsində Şimali Koreyanın təxminən 10 min əsgərini qeydə alıb. Yaxın günlərdə döyüşə girə bilərlər.
TodayPress xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller brifinqdə deyib.
O, Şimali Koreya hərbçilərinin artıq Ukrayna ordusuna qarşı müharibədə iştirak etməsi ilə bağlı şayiələri təsdiq edə bilməyəcəyini də vurğulayıb.
“Şimali Koreya əsgərləri döyüşə girsələr, onlar qanuni hədəf olacaqlar” o bildirib.
“10 mindən çox Şimali Koreya əsgəri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiya ərazisinə gəlib”.
Belə bir açıqlama ilə isə Cənubi Koreya Müdafiə Nazirliyi çıxış edib.
“Hazırda Rusiyada 10 mindən çox Şimali Koreya hərbçisi var və onların əhəmiyyətli bir hissəsi cəbhə bölgələrinə, o cümlədən Kurska köçüb" məlumatda qeyd olunub.
Xatırladaq ki, bundan öncə Ukraynanın Baş Kəşfiyyat İdarəsi 12 minə yaxın Şimali Koreya hərbçisinin Rusiyada olduğunu bildirmişdi.
Günəş Mərd