Köpün qarşısını almaq üçün lobyanı belə bişirin
Video
11.11.2024 16:02
Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir.
TodayPress xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Lobya düzgün qayda da hazırlanarsa qeyd olunan xoşagəlməz hal yaşanmaz.
Bunun üçün ilk olaraq lobyanı bişirməzdən əvvəl islatmaq lazımdır. Bu zaman həzm problemlərinin qarşısı alınacaq. Bir neçə saat islatdıqdan sonar lobyanı süzüb, üzərinə təzə su əlavə edib bişirmək kifayətdir.
İsti havalarda lobyaları soyuducuda saxlamağınız məsləhətdir. Bu turşumanın qarşısını almağa kömək edəcək.
Nərmin Tuncay