Konor Makqreqor Həbib Nurməhəmmədovu təhdid etdi

Video

25.07.2024 15:11

Keçmiş ikiqat UFC çempionu, irlandiyalı Konor Makqreqor Həbib Nurməhəmmədova yazdığı təhdid mesajlarını dərc edib.

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb. 

“Qardaş, mən sənin ailənin evini hökumətdən almaq üçün pul qoydum, çünki sən bunu ödəyə bilmirsən. Mən sənin evində böyük iş görəcəyəm. Ailəni tərk etdin, indi mən sənin evini yıxacağam” deyə Makqreqor yazıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədov və Konor Makqreqor 2018-ci ilin oktyabrında UFC 229 turnirində oktaqonda döyüşüblər. Nurməhəmmədov dördüncü raundda boğucu fəndlə rəqibinə qalib gəlib.

Namiq HUN

tag: Həbib Nurməhəmmədov, Makqreqor, UFC, İrlandiya, todaypress.az