Kök insanların beyni daha gec qocalır: Araşdırma

Video

02.09.2024 09:32

Kök insanların beyni arıq insanlara nisbətən daha gec qocalır

 

TodayPress xəbər verir ki, bu barədə Türkiyə KİV-də məlumat yayılıb.

 

Bildirilib ki, onların Alzheimerə olmalarında risk daha azdır. Araşdırmada məlum olub ki, arıq insanların Alzheimerə yaxalanmaq riski köklərdən 18 dəfə daha çoxdur.

 

Məlumata görə,  bunun səbəbi kök insanlarda vitamin çatışmazlığı probleminin az olması ilə bağlıdır.

 

Bundan başqa döş, qalın bağırsaq, prostat xərçənginə kök insanlarda daha sıx təsadüf edilir. Həm uyğun olmayan qidalanma həm də həyat şərtlərinin ağır olması köklüyün artmasına gətirib çıxarır.

 

Dünya miqyasında bu xəstəlik üçün görülən tədbirlər təəssüf ki, kök insan sayının azalmasına imkan yaratmır. Əsas problem görünüş deyil, bunun insanlarda səbəb olduğu ciddi xəstəliklərdir. Kök xəstələrin yarısından çoxu keyfiyyətsiz həyat sürür. Onların təzyiq problemi, ürəkdə və başqa yerlərində ciddi problemlər yaranır.

 

Aynur TAC

tag: Kök, İnsanlar ,Beyin ,Qocalmaq, Xəstəlik ,todaypress.az