Kobaxidze Trampı dəstəklədi
Video
03.03.2025 17:16
Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ prezidenti Donald Trampın Ukraynada sülhün bərqərar olması səylərini dəstəkləyib.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
"Dünən müharibə tərəfi ilə sülh tərəfi arasında bir daha aydın xətt çəkildi. Mən daha çox Donald Tramp və Volodimir Zelenski arasındakı mübahisəni deyil, ona verilən cavabları nəzərdə tuturam" deyə o bildirib.
Gürcüstanın baş nazirinin sözlərinə görə, Ukraynada müharibə nə qədər tez başa çatsa, bir o qədər az ukraynalı həyatını itirəcək. Regionda isə bir o qədər tez sülh hökm sürəcək.
Töhfə Səməd
tag: İrakli Kobaxidze , Gürcüstan, Baş Nazir,Bəyanat, todaypress.az