Klub rəsmisi baş məşqçinin burnunu sındırdı
Video
08.02.2025 10:16
AFFA U-17 Liqasında “Vətən” – “Neftçi” oyununda qalmaqal yaşanıb.
TodayPress xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində komandaların baş məşqçiləri və rəsmiləri arasında mübahisə yaşanıb.
“Vətən” klubunun inzibatçısı “ağ-qaralar”ın baş məşqçisi Asif Ələsgərovu başla vurub. Daha sonra klub nümayəndələrinin araya girməsindən sonra tərəflər sakitləşdirilib.
AFFA-nın mətbuat xidmətinin baş verən hadisə ilə bağlı açıqlaması: “AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib.
AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.
Qeyd edək ki, “Neftçi”nin baş məşqçisi Asif Ələsgərovun burnu sınıb və o, əməliyyat olunub. (Futbolpress.az)
Namiq HUN
tag: Klub,AFFA U-17,Vətən,Neftçi,Asif Ələsgərov,Todaypress.az