Kiyev faktı təsdiqlədi: Rus ordusu genişmiqyaslı hücuma keçdi
Video
26.06.2024 14:20
Ukraynada elektrik enerjisi istehsalının kritik çatışmazlığı yaşanır və yaxın altı-səkkiz həftə ərzində enerji sistemində ağır vəziyyət gözlənilir.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın YASNO şirkətinin baş direktoru Sergey Kovalenko deyib. Onun sözlərinə görə, hətta artıq maksimum həcmə çatan elektrik enerjisinin idxalı da vəziyyəti xilas etmir.
Bu arada Rusiya ordusu Donetsk vilayətinin Krasnoqorovka şəhəri istiqamətində irəliləyib. Ukraynanın “DeepState” Teleqram kanalının məlumatına görə, bölgədə amansız döyüşlər gedir. Ukrayna Quru Qoşunları hücum faktını təsdiq etsə də, rus ordusunun heç bir uğur qazanmadığını bildirib.
Nərmin Tuncay
tag: Kiyev, Rsu Ordusu, Ukrayna, YASNO, Donetsk, todaypress.az