Keşiş Baqratın çevriliş planı – Paşinyanın sonu yaxınlaşır? – POLİTOLOQ RƏYİ
Video
10.06.2024 17:36
“Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını istəyən qüvvələr arasında yekdil bir fikir yoxdur”.
Bu barədə Politoloq Nadir Şəfiyev İrəvandakı etiraz aksiyasılarını TodayPress-ə şərh edərkən deyib.
Onun sözlərinə görə, mövcud stiuasiyada Ermənistanda cərəyan edən hadisələrin nəticəsini birmənalı proqnozlaşdırmaq çətindir. O, bunu ölkədəki siyasi qüvvələrin əksəriyyətinin xarici dövlətlərin təsiri altında olması ilə əlaqələndirdi:
“Yəni indi əsas mübarizə xarici kəşfiyyatlar arasında gedir. Onların isə bir qismi Paşinyanın hakimiyyətdə qalmasını, digərləri isə uzaqlaşdırılmasını istəyir. Üstəlik Paşinyanın uzaqlaşdırılmasını istəyən qüvvələr arasında da yekdil bir fikir yoxdur. Çünki onların arasında gələcək rəhbərin müəyyənləşdirilməsi məsələsində fikir ayrılığı var”.
Politoloq Nadir Şəfiyevin qənaətincə, hələ ki, Paşinyanın komandası vəziyyətə yaxşı nəzarət etməyi bacarır:
“Əslində etiraz aksiyaları dayanmasa da, əvvəlki qədər əzəmətli görünmür. Amma hər şey ani olaraq dəyişə bilər. Ukrayna təcrübəsi göstərir ki, hakimiyyət qüvvələri tərəfindən yol verilə biləcək bir silahlı insident vəziyyəti kəskin dəyişə bilər. Yəni açılan bir atəş, alınan bir can Paşinyan hakimiyyətinin sonu ola bilər”.
Günəş Mərd