Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
Video
22.06.2024 16:07
İyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı
yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimiz Ermənistan silahlı
qüvvələrinin üzbəüz istiqamətdəki mövqelərindən atəşə tutulub.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən (MN) məlumat
verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri
tərəfindən adekvat cavab tədbirləri görülüb.
tag: Kəlbəcər, Atəş, Mollabayramlı, Yaşayış Məntəqələri, Ordu, todaypress.az