Kakaonun bilinməyən faydaları

Video

02.01.2025 11:20

Marşmellou (Smor) ilə kakao beyin və psixikayaya faydalı təsir göstərir. 

TodayPress xəbər verir ki, bu barədə “Moskva 24” telekanalında sujet dərc olunub. 

Belə ki, kakao paxlasının tərkibində ürək-damar sisteminə yaxşı təsir göstərən və qocalmağa müqavimət göstərən çoxlu maqnezium, antioksidant və polifenol var. Bundan əlavə, kakao beynin koqnitiv funksiyalarını dəstəkləyir. 

Kakao şokoladla eyni şəkildə həzz hormonlarının sintezini stimullaşdırır. İçki antidepresan kimi işləyir və sakitləşdirici təsir göstərir.

Bildirilib ki, kakao paxlalarından hazırlanmış təbii içkilərə üstünlük vermək lazımdır.  Lakin bu zaman keyfiyyətsiz məhsullardan da yayınmaq mütləqdir. 

Marşmellou isə kakaolu içkilər üçün yaxşı bəzək olmaqla yanaşı, əhval-ruhiyəni də yüksəldir. Lakin yüksək şəkər tərkibinə görə həddindən artıq istifadə edilməməlidir. Mütəxəssislər böyüklərə bir və ya iki marşmellou əlavə etməklə gündə üç stəkandan çox olmayan kakao, uşaqlara isə eyni miqdarda şirniyyatla gündə iki stəkan südlü kakao içməyi məsləhət görüb. Diabet və piylənməsi olan insanlar isə bu məhsuldan uzaq durmalıdırlar. 

Töhfə Səməd

tag: Kakao, Fayda, Paxla, Marşmello ,todaypress.az