"Juno" Yupiterin yeni görüntülərini lentə aldı
Video
11.11.2024 09:49
"NASA"nın "Juno" kosmik gəmisi Yupiterin indiyədək ən detallı görüntülərini Yerə göndərib.
TodayPress xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.
Bildirilib ki, oktyabrda qurğu planetin son, yəni 66-cı uçuşunu başa vurub və fotoların yeni seriyasını göndərib. Şəkillərdən biri Yupiterin subpolar enliklərində xaotik buludları və siklon fırtınalarını çəkib.
Qurğu, həmçinin Yupiterin diametri 83 kilometr olan beşinci ən böyük peyki Amaltiyaya yaxınlaşıb.
Xatırladaq ki, "Juno" fəzaya 2011-ci ildə buraxılıb. O, 2016-cı ildə 2,7 milyard kilometr yol qət edərək planetin ətrafında orbitə çıxıb.
Töhfə Səməd