"Jirona" tarixinin rekord transferini etdi

Video

26.08.2024 10:38

"Jirona" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

TodayPress xəbər verir ki, Kataloniya təmsilçisi İngiltərənin "Uotford" klubunun vingeri Yaser Asprillanı transfer edib.

Kolumbiyalı yarımmüdafiəçi ilə 2030-cu ilin iyul ayına qədər müqavilə imzalanıb.

"Jirona" 20 yaşlı futbolçu üçün "Uotford"a 18+7 milyon avro ödəyib. Bu klub tarixinin transfer rekordudur.

Qeyd edək ki, Yaser Asprilla ötən mövsüm 47 matçda 6 qol vurub və 8 qolun ötürməsini verib.


Namiq HUN

tag: Jirona, Transfer,Uotford, Kolumbiya, todaypress.az