İtlər qoxu vasitəsilə xərçəngi aşkar edə bilir

Video

14.12.2024 18:01

Bristol Universitetinin alimləri itlərin sidik kisəsi xərçəngini qoxu vasitəsilə aşkar edə bildiyini öyrəniblər. 

TodayPress xəbər verir ki, tədqiqatın nəticələri “Veterinary and Comparative Oncology” jurnalında dərc olunub.

İtlərdəki sidik kisəsi xərçəngi 90 faizə qədər həssaslığa (itlərin müsbət nümunələri düzgün müəyyən etmə dərəcəsi) və 95 faizə qədər spesifikliyə (itlərin mənfi nümunələrə düzgün məhəl qoymama dərəcəsi) malik xüsusi təlim keçmiş heyvanlar tərəfindən sürətlə aşkar edilə bilər. 

Təxminən dörd itdən birində xərçəng inkişaf edir. Urotelial karsinoma (UC) ən çox görülən sidik kisəsi xərçəngidir və bu heyvanlarda bildirilən digər bütün xərçənglərin iki faizini təşkil edir. UC həmin hissənin infeksiyalanması və sidik kisəsi daşları kimi digər sidik yolları xəstəliklərinə bənzəsə də, diaqnoz qoymaq olduqca çətindir. Buna səbəb isə iynə ilə sidik nümunəsi götürməyin (sistosentez) mümkünsüz olmasıdır. Çünki bu, şişin yayılmasına səbəb ola bilər. 

Tədqiqatın nəticələri heyvanların həm insanlarda, həm də itlərdə sağlamlıqla əlaqəli qoxuları aşkar etməkdə olduqca təsirli olduğunu göstərib. Heyvanlar laboratoriya testlərinə bənzər, hətta ondan da üstün həssaslıq göstəriblər. Ehtimal olunur ki, bu, xərçəng hüceyrələrinin uçucu üzvi kimyəvi maddələrin ifrazı ilə əlaqədar unikal bir qoxuya sahib olduğuna işarədir.

Töhfə Səməd

tag: İt, Xərçəng, Hüceyrə ,Heyvanlar, todaypress.az