İtkin düşən alpinistlərin cəsədləri tapıldı

Video

01.07.2024 13:33

Dünyanın ən hündür dağının yamaclarında buzlaqların kütləvi şəkildə əriməsi nəticəsində Everestə qalxarkən həlak olan onlarla alpinistin meyiti aşkarlanıb.

TodayPress xarici mediaya istinadən xəbər verir ki, ölənlərin qalıqlarını dağdan endirmək üçün fövqəladə hallar xidmətinin əməkdaşları və hərbçilər əməliyyat həyata keçiriblər. Məlumata görə, ölən beş alpinistin cəsədi artıq zirvədən endirilib.

Qeyd edək ki, 1920-ci ildən bəri Everesti fəth etmək istəyən 300-dən çox alpinist dünyasını dəyişib. Onların əksəriyyəti 8 min metr hündürlükdən başlayan “ölüm zonası” adlanan ərazidə həlak olublar. 

Günəş Mərd

tag: Alpinist, Everest, Ölüm zonası, Həlak, Dünya, todaypress.az