İsveç Rusiyaya qarşı müharibəyə hazırlaşır
Video
18.12.2024 12:09
İsveç ABŞ adından Rusiyaya qarşı müharibəyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə İsveçin "Fria Tider" nəşri məlumat yayıb.
Məqalədə qeyd olunub ki, İsveç hakimiyyəti dəfn xidmətlərinə ordunun “ehtiyacları” üçün yarım milyona qədər qəbiristanlıq yeri hazırlamaq tapşırığı verib.
Bildirilib ki, bu, təklif olunan ssenarinin son nöqtəsidir, ona görə Stokholm ABŞ adından Rusiyaya qarşı müharibəni davam etdirmək qərarına gələcək.
Paytaxtın ritual xidmətinin rəhbəri Svante Borq bildirib ki, Ukraynadakı kimi miqyasda döyüşlər Stokholmda başlasa, çoxlu sayda insan həlak olacaq.
Xatırladaq ki, dekabrın 17-də İsveçin əsgərlər üçün 30 min məzar qazmağı planlaşdırdığı açıqlanmışdı.
Günəş Mərd