İsrail qırıcıları 40 məntəqəni bombaladı: 17 nəfər öldü
Video
17.07.2024 09:16
Qəzzada daha 17 nəfər müharibənin qurbanı olub. Rəfah bölgəsindəki aviazərbələr zamanı isə bir ailənin 5 üzvü həlak olub.
TodayPress “Reuters“ə istinadən xəbər verir ki, İsrail hərbi aviasiyanın hədəfində əsasən regionun cənub və mərkəzi hissələri olub. Ümumilikdə 40 fərqli məntəqəyə zərbələr endirilib.
Digər tərəfdən humanitar böhran Qəzzada həyatı iflic edib. Zibil tullantılar demək olar ki, bütün şəhəri əhatə edir. Buldozerlərin köməyi ilə qalıqlar təmizlənməyə çalışılsa da, hələ də vəziyyət narahatedicidir. Bundan başqa Xan Yunis sakinlərinin əsas içməli su mənbəyi olan anbarın çirklənməsi, bölgədə vəziyyəti daha kritik həddə çatdırıb.
Töhfə Səməd