İsrail “HƏMAS”ın daha bir rəhbər şəxsini məhv edib
Video
13.07.2024 16:46
Qəzzada vəziyyət daha gərginləşib.
TodayPress xəbər verir ki, bu barədə “Al-Arabiya” məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun aviahücumları nəticəsində HƏMAS-ın “Xan Yunis” briqadasının komandiri Rafa Salame öldürülüb. Hadisə zamanı ümumilikdə 20 nəfər həlak olub, 90-dan çox yaralı var.
Qeyd edək ki, Qəzzada ölənlərin sayı gündən-günə artmaqdadır. Bölgədə höküm sürən humanitar böhran nəticəsində 70 mindən çox insan viruslu hepatit xəstəliyinə yoluxub.
Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumatra əsasən, ümumilikdə 1,7 milyon nəfər müxtəlif növ viruslara yoluxub, onlardan 350 min nəfərin vəziyyəti isə ağırdır.
Töhfə Səməd
tag: Qəzza, Fələstin, İnsanlar, Virus, Yoluxma, todaypress.az