İran İsrailin hava hücumlarına sarsıdıcı zərbələrlə cavab verəcək

Video

31.10.2024 10:54

“İran İsrailin hava hücumlarına sarsıdıcı zərbələrlə cavab verəcək”.  

TodayPress “Al Arabiya”ya istinadən xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, general-mayor Məhəmməd Rza Nəqdi deyib.

“Yaxın günlərdə İsrail daha sarsıdıcı zərbələr görəcək. Biz öz tədbirlərimiz və fərasətimizlə onları təəccübləndirəcəyik” SEPAH rəhbərinin müavini qeyd edib. 

Xatırladaq ki, oktyabrın 26-da İsrailin İrana hərbi hücumu nəticəsində bir sıra mühüm hərbi obyektlər, o cümlədən İran İnqilabı Keşikçiləri Korpusunun iri raket istehsalı zavodu vurulub.

Günəş Mərd

tag: İran, İsrail, Hücum,SEPAH, todaypress.az