İran dünyanı nüvə silahı ilə təhdid etdi

Video

04.07.2024 16:17

“İran nüvə doktrinasını dəyişə bilər”.

TodayPress “Financial Times”a istinadən xəbər verir ki, bu barədə İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi bəyan edib.  

“İran nüvə silahına qarşıdır. Ayətullah Əli Xameneinin müvafiq fətvası var. Lakin bununla belə, Tehran ekzistensial təhlükə ilə üzləşməli olsa, təbii ki, o, öz nüvə doktrinasını dəyişmək istəyəcək” deyə Xarazi bildirib. 

Xatırladaq ki, Xarazi bu ilin mayında “Əl-Cəzirə” telekanalı ilə söhbətində İranın varlığına təhlükə yaranarsa, Tehranın hərbi doktrinasını dəyişməkdən başqa çarəsinin qalmayacağını bəyan etmişdi. 

Günəş Mərd

tag: İran, Dünya, Tehran, Nüvə, Xarazi, todaypress.az