“İnter” “Latsio”ya futbol dərsi keçdi
Video
17.12.2024 15:11
Futbol üzrə İtaliya A Seriyasında XVI tura “Latsio” – “İnter” matçı ilə yekun vurulub.
TodayPress xəbər verir ki, turun mərkəzi matçı Milan təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı Hakan Çalhanoğlu açıb. O, penaltidən fərqlənib. Bundan sonra daha 5 qol vuran qonaqlar "Latsio"ya mövsümdə ilk ev məğlubiyyətini yaşadıblar 6:0.
Hakanla yanaşı, Federiko Demarko, Nikolo Barella, Denzel Dümfris, Karlos Auqusto Zopolato Beves və Markus Tyuram “İnter”in inamlı qələbəsində pay sahibi olublar.
“Atalanta” 37 xalla A Seriyasının lideridir. “Napoli” klubu 35 xalla ikincidir. “İnter” isə 34 xalla ilk üçlüyü təşkil edir.
Namiq HUN