İnsan həftədə nə qədər ət yeməlidir? - Diyetoloqlardan məsləhət

Video

23.11.2024 09:52

Ət və ət məhsulları zülal və digər qida mənbəyidir və insan qidasında mühüm yer tutur. Lakin onun həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. 

TodayPress xəbər verir ki, mütəxəssislər həftədə 500-600 qram ət və ət məhsulu yeməyi tövsiyə edirlər. Diyetoloqlar emal olunmuş ət və konservantlar olan kolbasanı istehlak etməyi məsləhət görmür. Çünki bu, xərçəngə səbəb ola bilər. Bundan əlavə, ətin tərkibində olan çoxlu miqdarda doymuş yağlar insanın ürək-damar sisteminə mənfi təsir göstərir və qanda xolesterinin miqdarını artırır.

Diyetoloqlar yağsız ət seçməyi, həmçinin ətlə yanaşı, paxlalılar, qoz-fındıq və toxum kimi bitki mənşəli zülalları menyuya daxil etməyi tövsiyə edirlər. Onların fikrincə, bu, sağlamlığa xeyirdir və riskləri azaltmağa kömək edir.


tag: Sağlamlıq, Ət,Diyetoloq, Məsləhət, todaypress.az