İngiltərədə yeni əskinaslar dövriyyəyə buraxıldı: KRALİÇANI KRAL ƏVƏZLƏDİ

Video

05.06.2024 17:20

İngiltərədə Kral Çarlzın portreti olan 5, 10, 20, və 50 funtluq əskinaslar dövriyyəyə buraxılıb.

TodayPress xəbər verir ki, bu barədə İngiltərə Bankı məlumat yayıb.  

Digər tərəfdən, Kraliça II Yelizavetanın portreti olan əskinaslar ödəniş vasitəsi kimi istifadə olunmağa davam edəcək. Köhnəlmiş pul nişanlarını əvəz etmək və əskinaslara olan ümumi tələbatı ödəmək üçün yeni əskinaslar buraxılacaq. 

Qeyd edək ki, Kral III Çarlzın portreti olan ilk əskinaslar ötən il çap edilib. Əskinaslardakı portret Kral Çarlzın 2013-cü ildə çəkilmiş bir fotoşəkilə əsaslanır. Kral Çarlz əskinaslarda portreti əks olunan ikinci Böyük Britaniya monarxıdır.

Günəş Mərd

tag: İngiltərə, Kraliça, Kral, Böyük Britaniya, todaypress.az