İlahiyyatçı: “Ramazan ac-susuz qalmaq ayı deyil!”
Video
16.03.2025 16:31
“Dində oruc tutmaqla bağlı yaş məhdudiyyəti yoxdur. Bu, alışdırma və özünüdərketmə ilə bağlıdır”.
İlahiyyatçı Elşad Miri bunu TodayPress-ə danışarkən deyib.
O izah edib ki, fərd özünü dərk etdiyi və niyə oruc tutduğunu anladığı yaşdan oruc tuta bilər: “Ramazan ac qalmaq yox, Quranı təlim etmək üçün fürsətlər ayıdır. Bu səbəbdən hansısa məhdudiyyət və qadağalar yoxdur”.
Qeyd edək ki, bu il Ramazan ayı 1-29 mart tarixlərinə təsadüf edir. Ramazan Bayramı martın 30-da qeyd olunacaq.
Qiymət Mahir
tag: Elşad Miri,İlahiyyatçı,Ramazan, Bayram, Gün ,xeyriyyə ,todaypress.az