III Çarlzın iqamətgahı qarət edildi

Video

20.11.2024 15:49

Böyük Britaniyada naməlum şəxslər III Çarlzın iqamətgahının ərazisinə daxil olaraq "İsuzu" markalı pikap və qırmızı rəngli kvadrosikl oğurlayıblar.

TodayPress-in verdiyi məlumata görə, naməlum maskalı şəxslər iqamətgahın iki metrlik hasarını aşıb, texnikanın yerləşdiyi əraziyə daxil olub və orada gözdən itiblər. Onlar iqamətgahın mühafizə olunan darvazasını sındırmaq üçün pikapdan istifadə ediblər.

Basqın zamanı Kral III Çarlzın böyük oğlu Şahzadə Uilyam və onun həyat yoldaşı Keyt Middlton və onların uşaqları Vindzor qəsrindən beş dəqiqəlik məsafədə yerləşən Adelaide kottecində olublar. Xərçəng xəstəliyinə tutulmuş Kralın özü o zaman Şotlandiyada, Kraliça Kamilla isə Hindistanda istirahətdə olub.

Cinayətkarlar hələ də tutulmayıb, araşdırma aparılır.

tag: Böyük Britaniya,III Çarlz,Qarət,Keyt,todaypress.az