İçərişəhərə giriş pullu olacaq? - Ekspertdən MÜHÜM açıqlama

Video

10.12.2024 15:38

Bir neçə gün öncə Türkiyədə artan nəqliyyat sıxlığı problemini aradan qaldırmaq üçün İstanbulun iki ərazisinə girişin pullu olacağı açıqlandı. Ödənişli əsaslar ilk növbədə Eminönü bölgəsi və Kadıköy rayonlarına tətbiq ediləcək.  

Bəs görəsən Bakıda da oxşar üsuldan istifadə etmək mümkündür? 

Məsələ ilə bağlı nəqliyyat ekpserti Yasin Mustafayev TodayPress-ə bildirdi ki, Türkiyə nəqliyyat infrastrukturu cəhətdən Azərbaycandan xeyli öndədir. Buna görə də hazırda belə bir sistemin paytaxtda tətbiqi mümkün deyil. 

“Bəlkə İçərişəhərə giriş-çıxışı pullu etmək düşünülə bilər. Sözsüz ki, belə bir qərar özü ilə sosial ədalətsizliyi də gətirmiş olacaq. Çünki bu, o deməkdir ki, pulu olan istədiyi kimi hərəkət edə biləcək. Lakin tıxacın qarşısını almaq üçün hər hansısa ərazini pullu etmək çıxış yolu deyil”. 

Ekspertin qənaətincə, biz sıxlığın azalmasını istəyiriksə, o zaman ictimai nəqliyyatın sayını çoxaltmalıyıq. Avtobusların, qatarların intervalları azalmalı, skuter və velosipedlər üçün infrastruktur yaradılmalıdır. Bununla da vətəndaşları təşviq etməliyik ki, onlar həmin vasitələrdən rahat şəkildə istifadə etsinlər.

Töhfə Səməd

tag: Avtobus, İçərişəhər, pullu, Nəqliyyat ,todaypress.az