Hindistanda mutant keçi doğuldu

Video

22.09.2024 17:50

Hindistanda gözləri əyri mutant keçi balası doğulub.

TodayPress xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Madhya-Pradeş ştatının Sirsaud kəndində qeyri-adi heyvan doğulub. Siklop keçisinin göz bəbəkləri alnın ortasında birləşib. Bundan əlavə, onun göz qapaqları yoxdur və dili gözündən aşağıda asılı vəziyyətdə qalıb.

Qeyri-adi heyvanın doğulması yerli sakinlər arasında ajiotaj yaradıb. Bəziləri heyvanın kosmosdan gələn yadplanetli olduğuna inanır.

Töhfə Səməd

tag: Hindistan,Sirsaud,Keçi,Mutant,Siklop,Heyvan,todaypress.az