Hindistan-Pakistan gərginliyi artır: Cənubi Qafqazda proseslər necə dəyişəcək? – ŞƏRH
Video
30.04.2025 17:19
“Hindistan-Pakistan gərginliyi Cənubi Qafqazdakı sülh prosesinə birbaşa yox, dolayısı yolla təsir edə bilər”.
Politoloq Vəli Əlibəyov bunu TodayPress-ə açıqlamasında deyib.
O, Hindistanın Ermənistanın dostu olduğunu, son illərdə Ermənistana silah satışı və hərbi dəstək istiqamətində fəaliyyətini artırdığını vurğulayıb:
“Bu, Ermənistanın kompromislərə meyllərini şərtlləndirən əsas faktorlardandır. Pakistan isə uzun illərdir ki, Azərbaycanın müttəfiqidir. Bu qarşıdurma son nəticədə Ermənistan-Hindistan, Azərbaycan-Türkiyə-Pakistan oxlarını yaradır. Regionda geosiyasi gərginlik arta bilər, amma ciddi problemə çeviriləcəyini düşünmürəm. Ermənistan anlayır ki, Azərbaycanla sülh onun üçün həyati əhəmiyyət kəsb edir. Bu səbəbədən Pakistanla Hindistan arasındakı qarşıdurmanı bu məsələ ilə əlaqələndirmək istəməz”.
Qeyd edək ki, aprelin 22-də Hindistanın cənubunda yerləşən Kəşmir vilayətində turistlərə silahlı hücum edilib. Hücum zamanı azı 26 turist həlak olub, 24-ü yaralanıb. Bundan sonra iki ölkə arasında gərginlik artıb.
Qiymət Mahir
tag: Vəli Əlibəyov,Politoloq,Hindistan,Pakistan,Todaypress.az