Həyəcan təbili ÇALINDI: Böyük müharibə olacaq? - SENSASİON AÇIQLAMA

Video

16.04.2025 12:29

“İran ABŞ ilə razılaşmasa, Yaxın Şərqdə genişmiqyaslı müharibə başlayacaq”.   

Politoloq İlyas Hüseynov bunu TodayPress-ə danışarkən deyib.   

Onun sözlərinə görə, ABŞ ilə İran arasında olan gərginlik günü-gündən daha çox artır: 

 “Burada İsrail də öz maraqlarını güdür. Çünki İsrail İranın öz nüvə proqramını daha da inkişaf elətdirməsini heç cür istəmir. Amma məlumdur ki, İran bu yolda əmin addımlarla irəliləyir. İsraildə də, ABŞ-də də belə düşünürlər ki, İran, nüvə proqramını inkişaf etdirərsə, rəsmi Tehran sonda nüvə silahına sahib ola bilər. Və bu, böyük təhlükələrin qarşısını almaq üçün hərbi əməliyyatlar da daxil olmaqla, bütün vasitələri nəzərdən keçirməyi zəruri edir”.   

Analitikin fikrincə, ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, İsrail hadisələrə sadəcə müşahidəçi qismində qalmayacaq. 

“İsrail özü də bir tərəfdən İrana qarşı hərbi əməliyyatlara başlayacaq, digər tərəfdən İranın proksi qüvvələrini də zərərsizləşdirəcək. Bu, böyük bir müharibəyə gətirib çıxaracaq. Bunun qarşısını almaq üçün danışıqlara ciddi ehtiyac var”.   

İ.Hüseynov diqqətə çatdırıb ki, danışıqlar haqqında əldə olunan razılaşma mühüm əhəmiyyət kəsb edir. Gec-tez tərəflər masa arxasına keçməli və bütün fundamental məsələləri dinc yolla həll etməlidirlər. Əks təqdirdə proses müharibə kimi böyük faciyə gətirib çıxara bilər.   “Bu, baş versə, bizim regionumuza da ciddi təsir göstərəcək. Buna görə də mütləq ki, tərəflər ilk növbədə sülh yolu ilə məsələnin həllinə üstünlük verməlidirlər” deyə o yekunlaşdırıb. 

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər İran razılaşmaya gəlməsə, İsrail İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcək. İranın nüvə silahına sahib olmasına imkan verilməyəcək. 

Töhfə Səməd

tag: İlyas Hüseynov,Politoloq,İran,ABŞ,Todaypress.az