Həyatın ola biləcəyi planet – Yerdən də böyükdür

Video

15.07.2024 12:17

Monreal Universitetinin alimləri “Ceyms Vebb” teleskopunun köməyilə aparılan əlavə müşahidələrdə “LHS 1140b” ekzoplanetinin əsasən azotdan ibarət sıx atmosferə malik olduğunu aşkar ediblər. Hətta bu buz topunun okeana sahib olması da ehtimal edilir.

TodayPress xəbər verir ki, qırmızı cırtdan ulduzun ətrafında dolanan “LHS 1140b” Yerdən 48 işıq ili məsafədə, öz ulduzunun “həyat zonasında” yerləşir. Planetin radiusu Yerin radiusundan 1.7 dəfə böyükdür.

Əldə olunan müşahidə materialları planetin atmosferində “minineptunlar” üçün xarakterik olan hidrogen qatının olmasını təkzib edib. Müəyyən olunub ki, planet azot, su buxarı və karbondan ibarət ağır atmosferə malikdir. 

Qeyd edək ki, aşkar olunan xüsusiyyətlər “LHS 1140b”ni gələcəkdə ekzoplanet atmosferlərinin və “həyat şərtlərinin” araşdırılması üçün ideal obyekt edir.

tag: Ekzoplanet, LHS 1140B,Atmosfer, Araşdırma, todaypress.az